"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Asif əsgərov: “"Abad həyət"lərdə təhlükəsizlik kameraları quraşdırılacaqdır”

--2018-09-25 / 19:31

“"Abad həyət"lərdə təhlükəsizlik kameraları quraşdırılacaqdır” - bu fikirləri Nəsimi Rayon icra Hakimiyyətinin başçısı Asif əsgərov bu gün “izmit parkı”nın ikinci hissəsinin açılış mərasimində sakinlər qarşısında çıxışı zamanı bildirib.

icra başçısının sözlərinə görə, bu layihə Daxili işlər Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Bundan sonra icra hakimiyyəti tərəfindən həyata keçirilən “Abad həyət” layihələrinin hər birində məhz sakinlərin təhlükəsizliyini təmin etmək və əlavə problemlərin yaranmasının qarşısını almaq məqsədiylə həyətlərdə təhlükəsizlik kameraları quradırılacaqdır.

Nəsimi rayonu ərazisində aparılcaq abadlıq işlərinə toxunan icra başçsı hazırda Alı Mustafayev küçəsində “Abad həyət” layihəsinə başlanıldığını və bununla yanaşı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  yaxından iştırakıyla Asif Məhərrəmov küçəsində yolun əsaslı təmirinə başlanılacağını bildirib.

Sakinlərə müraciət edən A.əsgərov görülən işlərə sakinləri diqqət göstərməyə, quraşdırılan qurğuların saxlanılmasına can yandırmağı da xahiş edib:

“Paytaxtın mərkəz rayonu olan Nəsimi rayonunun əhatə etdiyi 10 kv.km ərazidə bugün 300 min nəfər əhali yaşayır. Hər bir sakin rayonun  görünüşünə xələl gətirən addımlar atmamalıdır.

Bu gün parkı istifadəyə veririk, sizlərdə burada quraşdırılan hər bir idman qurğusunun işlək vəziyyətdə olmasına çalışmalısınız, birlikdə yaradılan parkları qorumalıyıq”  .

Belediyye.info

 

ŞƏRHLƏR